7 C
Baku
Thursday, December 12, 2024

Bu şəxslərə uzun müddətli kredit veriləcək

Azərbaycanda əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzun müddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericilik təkmilləşdiriləcək. Bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə nazirliklərinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasına tapşırıq verilib.

Bundan başqa, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə mövcud sosial xidmətlərin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bundan başqa, yeni  sosial xidmətlərin yaradılması da istisna edilmir.

Bununla bağlı ƏƏSMN və yerli icra hakimiyyətlərinə tapşırıq verilib.

Lent.az

Son xəbərlər
Digər xəbərlər