16 C
Baku
Monday, April 29, 2024

Bu sahədə cərimələrin məbləği artırıldı

Qaz təchizatı ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə 1 məcəllə, 1 qanun və 3 fərmanda dəyişiklik edilib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası məqsədilə qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının müayinəsinin və texniki xidmətin səmərəliyinin yüksəldilməsi, neqativ halların operativ aradan qaldırılmasının, qaz paylayıcısının məsuliyyətinin artırılmasının təmin edilməsi üçün “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunları qəbul edilmiş və müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 3 fərmanında dəyişiklik edilib.

Belə ki, “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilərək qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi, qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılması təsbit edilib.

“İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda isə Məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan yeni maddə əlavə edilib. Həmçinin, qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı cərimələrin məbləği artırılıb.

Dəyişikliklər 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər