19 C
Baku
Tuesday, May 28, 2024

Bu sahədə iş yerləri artacaq

Növbəti 10 il ərzində kibertəhlükəsizlik sahəsi üzrə iş yerləri 31 faiz artacaq”.

Bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

O qeyd edib ki, yeni yaradılan assosiasiya bu sahədə koordinasiyalı işə çox kömək olacaq:

“Bizim kadrlarımız xarici bazarlara üstünlük verirlər və yerli bazarda qıtlıq yaranır. Bizim təhsil müəssisəsi kadr potensialı üçün işlər görür.

Həmçinin, gələcəkdə bununla bağlı təlimlərə də başlanılacaq. Yeni yaradılan Assosiasiyanın üstünlüyü odur ki, bizə xaricdən gələn təklifləri birgə müzakirə edib qərarlar verə bilərik”.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər