24 C
Baku
Thursday, April 18, 2024

“Bu sanksiya Azərbaycanı AŞPA-dan uzaqlaşdırmağa xidmət edir”

“Azərbaycan nümayəndə heyətini heç kim Avropa Şurası Parlament Assambleyasından uzaqlaşdıra bilməz. Çünki qurumda nümayəndə heyətini Azərbaycan özü müəyyən edir”.

Bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür: “Bu, təzə hadisə deyil. Dəfələrlə o qurumda Azərbaycana qarşı ikili standartların şahidi olmuşuq. Ona görə də sanksiya qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzliidir”.

S. Seyidov bildirib ki, AŞPA-da Ermənistana qarşı fərqli münasibət var: “Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞPA içində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu, sanksiya da buna xidmət edir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər