8 C
Baku
Sunday, December 22, 2024

Bu tarixdə Vergi Xidməti sahibkarların iştirakı ilə forum keçirəcək

“İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Forum keçiriləcək.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 25 fevral 2022-ci il tarixdə “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda sahibkarların iştirakı ilə videoformatda Forum keçiriləcək. Sahibkarlıq subyektlərindən Forum zamanı müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərmələri tövsiyə olunur.

Son xəbərlər
Digər xəbərlər