“Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabineti 2001-ci il 25 dekabr tarixli 200 nömrəli Qərarında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu dəyişikliyi Baş nazir Əli Əsədov imzalayıb.
Həmin dəyişiklikdə, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin aylıq həcmi 22 manatdan 50 manata qədər artırılıb.