6 C
Baku
Sunday, December 15, 2024

Bu xəbər neftin bahalaşmasına təkan verir

ABŞ-da əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) neft ehtiyatları ilə bağlı açıqlaması ardından qiymətlərə təkan verib.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir barreli London birjasında 61 sent, yaxud 0.82% ucuzlaşmaqla 75.09 dollara yüksəlib.

Nyu-Yorkun Nymex birjasında WTI xam neftinin bir barreli 76 sent, yaxud 1.06% bahalaşmaqla 72.41 dollara yüksəlib.

API məlumatında bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6.23 milyon barel azalıb. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə də neft ehtiyatları azalmışdı. Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

 

Son xəbərlər
Digər xəbərlər