“Koronavirus xəstələrinin müalicəsi üçün tikilən modul tipli xəstəxanaların TƏBİB tabeliyindəki tibb müəssisələrinin nəzdində ehtiyac sahələr üçün istifadəyə verilməsinə görə layihələr hazırlanıb.
Bunu TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müvafiq razılaşdırmadan sonra fəaliyyəti dayandırılan digər modul tipli xəstəxanalar təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə istifadə olunacaq.
V.Qurbanov xatırladıb ki, hazırda COVID-19-a yoluxan aktiv xəstələrinin sayı azaldığı üçün onların müalicəsi üçün yalnız Məhəmmədin qəsəbəsindəki modul tipli xəstəxanası saxlanılıb: “Digər Modul xəstəxanalar fəaliyyətini dayandırıb”.