13 C
Baku
Friday, March 29, 2024

Bu yollarda tıxac var – SİYAHI

Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur.

Eləcə də Yavər Əliyev küçəsi – (aeroport şosesinə çıxan yol), Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti – əsas yol – (əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində) nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

 

MənbəUnikal.org
Son xəbərlər
Digər xəbərlər