18 C
Baku
Sunday, April 28, 2024

Büdcə şöbəsinin müdiri (Bank Avrasiya)

TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil
  • Ən azı 2 il uçot və ya hesabat sahəsində bank təcrübəsi
  • MS Office proqramların üzrə biliklər
  • Maliyyə menecmeti sahəsində sertifikatlar
  • Maliyyə sahəsinə aid qanunvericiliyə dair biliklər
  • Nəzarət edə bilmə qabiliyyəti
  • Strateji düşünmə və analitik təhlil bacarığı
  • Məsuliyyətlilik
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı

İŞÇININ VƏZIFƏSI:

  • qəbul olunmuş maliyyə menecmenti üzrə siyasətə uyğun olaraq, bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanı, Bankda büdcənin tərtib və nəzarət olunması metodologiyasını və onlara dəyişikliklər və əlavələri hazırlamaq;
  • mövcud və yeni məhsul və xidmətlərin maya dəyərini, onların gəlirliliyini hesablamaq;
  • qiymət, o cümlədən daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzləri yaradılması üzrə təkliflər hazırlamaq və müvafiq təsdiqdən sonra icra etmək;
  • törəmə və ortaq müəssisələrə investisiyaların səmərəliliyinin təhlilini aparmaq və belə investisiyaların səmərəliliyin artırılması üçün İdarə Heyətinə təkliflər hazırlamaq;
  • Bankın xərclərinin səmərəliliyini hesablayır və xərclərin səmərəliliyinin artırılması üzrə İdarə Heyətinə təkliflər hazırlamaq;
  • Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflər hazırlamaq;
  • Bankın maliyyə göstəricilərinin yaxşılaşması üzrə təkliflər vermək, maliyyə vəziyyətinə mənfi təsir göstərən məsələlər üzrə İdarə Heyəti qarşısında məsələ qaldırmaq;
  • büdcənin tərtibi və onun icrasına nəzarət, habelə hesabatlılıq üzrə bağlı digər bütün işləri görmək;
  • mütəmadi olaraq Bankın maliyyə təhlilini aparmaq və bankdaxili qaydalara müvafiq hesabatları və məlumatları hazırlamaq;
  • şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavab hazırlamaq.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər