8 C
Baku
Thursday, December 12, 2024

Büdcə gəlirləri neft sektoru üzrə 3.5%, qeyri-neft sektoru üzrə isə 9.3% artırılır

Büdcə gəlirləri neft sektoru üzrə gəlirlər 3.5 faiz, qeyri-neft sektoru üzrə isə 9.3 faiz artırılır.

Bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat və ya 3.5 faiz artırılır ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 387.4 milyon manat (2.1 faiz) azdır. Qeyri-neft sektoru üzrə gəlirlər isə təsdiq olunmuş göstəricilərlə müqayisədə 1 milyard 575 milyon manat və ya 9.3 faiz artırılır ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 1 milyard 504 milyon manat (8.8 faiz) çoxdur.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1.3 faiz bəndi çox (51.1 faiz) təşkil edəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər