Azərbaycan Respublikasının 2018-ci ilin yanvarında büdcə gəliri 2 mlrd. 97.1 mln. manat olmaqla ÜDM-də çəkisi 35,4 faiz təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bületenində deyilir.
Büdcə gəlirlərinin ÜDM-dəki çəkisi 2005-ci ildən bu tərəfə ən yüksək göstərici olması deməkdir. Ötən ilin eyni dövründə isə bu rəqəm cəmi 23 faiz idi.
Qeyd edək ki, 2019-cu ilin yanvarına Azərbaycanda ÜDM-nin həcmi 5 mlrd. 929.5 manat olub.
Hesabat dövrü ərzində büdcə xərcləri 1269.1 mln. manat təşkil edib ki, bu da ümumilikdə 828 mln. manatlıq profisitin yaranması deməkdir.
Büdcə xərclərinin isə hazırda ÜDM-də cəmi 21.4 faiz olub.