10 C
Baku
Friday, December 13, 2024

Büdcə Nəzarət və Mühasibatlıq Departamenti, Baş / Aparıcı / Mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

Ziraat Bank Azərbaycan ASC Büdcə Nəzarət və Mühasibatlıq Departamentinə Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Yaşı – 21-35 arası;
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Mühasibat uçotunun aparılması haqqında biliklər;
• Mülki Məcəllə, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Satınalmalar üzrə biliklər;
• Kompüter bilikləri (xüsusilə Excel);
• Banklar haqqında, Mərkəzi Bank haqqında qanun üzrə biliklər, Mərkəzi Bankın digər normativ və hüquqi sənədləri üzrə məlumat;
• CIMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
• Rus, İngilis, Türk dil bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

• Gündəlik balansın hazırlanması;
• Azərbaycan Respublikasının Mərkəzi Bankın hesabatların hazırlanması, Azərbaycan Respublikasının Maliyyə Bazarına Nəzarət Palatasının hesabatların hazırlanması.
• Maliyyə vəziyyəti, gəlir, xərc və digər hesabatların hazırlanması;
• Büdcənin tərtibi və icranın yoxlanılması;
• Mühasibat uçotu üzrə digər gündəlik tapşırıqların yerinə yetirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 15-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində MALİYYƏ qeyd etməyiniz vacibdir.

Son xəbərlər
Digər xəbərlər