6 C
Baku
Sunday, December 15, 2024

“Büdcə” şöbəsinin mütəxəssisi – Rabitabank

Maliyyə departamenti, “Büdcə” şöbəsinin mütəxəssisi

Vəzifə üzrə əsas fəaliyyət:

  • İllik büdcənin tərtibi prosesində iştirak edir və zəruri tədbirləri görür;
  • Müvafiq strukturlardan yığılan məlumatların mütəmadi olaraq büdcə proqnozlarına uyğunluğunu yoxlayır;
  • Bankın xüsusi proqram moduluna müvafiq məlumatları yığır və onları mütəmadi olaraq təhlil edir;
  • İnzibati xərclərə gündəlik nəzarət edir;
  • Satınalmalara nəzarət edir, qiymət araşdırmasını həyata keçirir.
  • Hesabatların hazırlanması üçün struktur rəhbərinə zəruri məlumatlar təqdim edir;
  • Müxtəlif növ gündəlik və aylıq hesabları hazırlayır.

Namizədə olan tələblər:

  • Təhsil : Ali (Maliyyə, iqtisad sahəsi üzrə təhsili olanlara üstünlük verilir);
  • İş təcrübəsi: Bu və oxşar sahədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir;
  • Xarici dil bilikləri: ingilis dili arzuolunandır;
  • MS Excell proqramını yüksək səviyyədə bilməli;
  • İFRS üzrə baza bilikləri arzuolunandır.
  • Riyazi bilikləri və analitik düşüncəyə malik olmaq;
  • Fərdi və komanda şəklində işləyə bilmək.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır..

Əlaqə vasitələri:

E – mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər