10 C
Baku
Thursday, December 12, 2024

Büdcə təşkilatları pulları nəyə xərcləyib? Kimlər daha çox qazanıb?

Cari ilin noyabr ayında büdcə təşkilatları 258,93 milyon manatlıq satınalma həyata keçiriblər ki, bu da 2018-ci ilin 11 ayının ən yüksək göstəricisi olub.

Hesabat ayında toplam olaraq 477 ədəd satınalma müqaviləsi bağlanıb.

Noyabrdakı satınalmaların ümumi həcminin 54%-i BNA-nın həyata keçirdiyi bir satınalmanın payına düşür. Belə ki, qurum 300ədəd avtobusun alınmasına 141,801 mln. manat xərcləyib. Baş tutan 477 tenderin təkcə 8-nin payına bütün satınalmaların ümumi həcminin 76% düşüb. Belə ki, 196,8 mln. manat büdcə vəsaiti müvafiq olaraq 300 avtobusun alınmasına, Çovdar Filiz Emalı Sahəsində tikinti işlərinə, Azərişıq üçün akkumlyatorların, xüsusi geyim dəstlərinin, müxtəlif elekrik mallarının və mal-materialların alınmasına, Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamına xəclənib. Bu barədə finans.az yazır.

Aşağıdakı infoqrafikada hesabat ayında ən çox büdcə vəsaiti xərcləyən təşkilatlar və bu satınalmalardan ən çox qazanan şirkətlər haqda detallı məlumat verilib:

68ba4280 8675 4ad8 99d7 df9ca27b4fb868ba4280 8675 4ad8 99d7 sddf9ca27b4fb8

Qeyd* – Hər iki foto finans.az resursuna istinaddır.

Son xəbərlər
Digər xəbərlər