2017-ci il üzrə büdcə zərfi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son vaxtlar neftin qiymətinin aşağı düşməsi bütün dünya ölkələrinində büdcə azalmalarına səbəb olub.
Deputat qeyd edib ki, uzun illər düşünülən siyasət dünyada gedən iqtisadi böhranın ölkəmizə təsirinin minimuma endirilməsinə imkan yaratdı:
“Neftin dünya bazarında ucuzlaşması ölkəmizdə də büdcə gəlirlərinə təsir edib. Bu səbəbdən də ölkəmizdə aparılan iqtisadi islahatların dərinləşməsi ön plana çəkilib. Cənab prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda iqtisadi islahatlarla bağlı mühüm addımlar atılır”.
Z. Səmədzadə vurğulayıb ki, 2017-ci il üzrə dövlət büdcə zərfin Milli Məclisə gec daxil olub:
“Obyektiv səbəblərə görə bu il büdcə zərfi Milli Məclisə gec daxil oldu. Lakin bütövlükdə Milli Məclisə daxil olan büdcə zərfinə aid olan sənədlər Azərbaycanın gələcəyi üçün güclü ehtiyatları nəzərdə tutur”.
Modern.az