15 C
Baku
Saturday, April 20, 2024

Büdcəyə uyğun Marketinq araşdırması

Marketniq araşdırması sizin xidmətlərinizi və məhsullarınızı satmaq istədiyiniz insan qrupunun tədqiq edilməsidir. Marketiq araşdırmasına vaxt sərf olunması sizin risklərinizi azaldır və uğura olan şanslarınızı artırır. 

Hədəf bazarının tədqiq edilməsi sizi sağlam və obyektiv məlumatlar ilə təmin edir. Yeganə problem ondadır ki, marketinq tədqiqatı həddən artıq baha başa gələ bilər. Bələliklə əgər sizin büdcəniz məhduddursa siz necə araşdırma apara bilərsiniz? Az xərcli marketinq tədqiqatı mümkün olan bir şey deyil, icazə verin sizə izah edim.
Hər şeydən öncə, bazar araşdırmasını həyata keçirdiyimiz zaman bizim diqqət yetirməli olduğumuz nüansları nəzərdən keçirək. Sizin hədəf bazarınızın ən azından dörd səciyyəvi xüsusiyyəti var. Onlar aşağıdakılardır:

1.    Mənim hədəf bazarımın xüsusi ehtiyacı var.
2.    Mənim hədəf bazarım mənim məhsul və xidmətlərimə sərf edəcək kifayət qədər pulu var.
3.    Mənim hədəf bazarım güclənmək qərarı vermişdir.
4.    Mənim hədəf bazarımın mənim məhsullarıma və xidmətlərimə girişi vardır.

Bu cəhətləri müəyyən etmək üçün siz özünüzə bu sualları verərək araşdırma aparmalısınız.

•    Mənim istehlakçırımın xüsusi ehtiyacı var. Bu ehtiyac nədir?
•    Mənim istehlakçılarımın satdıqlarımı almaq üçün kifayət qədər pulu var. Sizin təkliflərinizə kimin daha çox ehtiyacı var və bunu qarşılamaq iqtidarındadır.
•    Mənim hədəf bazarım güclənmək qərarı vermişdir. Kimin mənim təkliflərimə hə deməyə gücü yetər?
•    Mənim hədəf bazarımın mənim məhsullarıma və xidmətlərimə girişi vardır. Mənim  məsullarım hədəf bazar üçün nə dərəcə də əldə edilə biləndir?

Siz marketinq tədqiqatını haradan başlamalısınız?

İlkin resurs: İkinci dərəcəli araşdırma

İkinci dərəcəli araşdırmaya həm də kabinet və ya kreslo araşdırması (armchair research) da deyirlər. Bu ikinci dərəcəli məlumatların toplanması, yenidən işlənməsi və təhlil edilməsidir. Bu məlumatları qəzet, jurnal, hökumət və xususi mətbuat orqanlarından toplayırlar. Bir qayda olaraq kabinet araşdırmalarında toplanmış məlumat iqtisadiyyat mütəxəssisləri, iri müəssisə rəhbərlər və dövlət quluqçuları və həmin sahədə ixtisaslaşmış jurnalilstlər ilə müsahibə zamanı yoxlanılır.
İkinci dərəcəli araşdırmanı harada aparacağına qərar vermək üçün ən yaxşı vasitə onlayndır.  Sizin sənayenizlə əlaqəli olan veb səhifləri ziyarət edin. Əgər siz istehlak sənayesində ixtisaslaşmısınızsa dövlət (hökumət) agentlliklərinə baş çəkin, orda istehlakçılara aid hər tip informasiya tapa bilərsiniz. Sizin  nəzərdən qaçırmaq istəməyəcəyiniz tədqiqat isə ABŞ bürosu (U.S. Census Bureau) tərəfindən həyata keçirilmiş tədqiqatdır.        Yadınızdan çıxartmayın ki, ikinci tədqiqat sizin üçün edilməyib, ona görə də cavablardan bəziləri sizin üçün əldə edilən deyil. Hər halda bu məqsədli şəkildə edilmiş təyinatlı bir araşdırma olmuşdur və onlar öz suallarına cavab tapmağa çalışıblar.

İkinci resurs: sizin istehlakçılarınız

Sual kitabçasını yanınıza qoyun və işçilərinizdən, öz potensial müştərilərinizdən, istehlakçılarınızdan, satıcılarınızdan, tədarükçülərinizdən onu doldurmağı tələb edin. Onlardan soruşa biləcəyiniz bir neçə sualı sizə təqdim edirik:
•    Siz bizim xidmət və məhsullarımızı bəyənirsinizmi?
•    Biz nəyi düzgün edirik?
•    Biz nəyi inkişaf etdirə bilərik?
Bu araşdırma metodu ticarət yarmarkalarını ziyarət edərkən də işə çox gözəl yarayır. Vaxtınızı zal ətrafında dolaşmaq, insanların nə danışdıqlarını və suallarını dinləməklə keçirin. Buna sərf etdiyiniz vaxt rəqiblərinizin nə etdiklərininin mahiyyətini anlamaqda və buna dair lazımı informasiya toplamaqda sizə kömək olacaq.
Siz həmçinin bunları həyata keçirə bilərsiniz.
1.    Öz istehlakçılarınızla açıq görüşlər.
2.    Fokuslaşdırılmış qruplar
3.    Sorğular
Üçüncü resurs –ortaq bazarlardır.
Digər bazar axtarın və araşdırma xərclərininzi bölüşdürün.
Unutmayın ki, bu bazar sizin rəqiblərininiz olmalı deyil, sadəcə eyni bazarlara hədəflənmiş ortaqlarınız olmalıdır. Məsələn əgər siz reklam mətni yazmaqla məşğulsunuzsa, çap reklamı (mətbuatda verilən reklam) ilə məşğul olan bir şirkət axtarın. Elə ki, birini tapdınız, oturun və qərarlaşdırın ki, hansı informasiya sizin hər ikinizə xeyirli ola bilər və bu tədqiqatı aparmaq üçün bir işçi tutun.

Son xəbərlər
Digər xəbərlər