Sizin həyatınızı yaxşılığa doğru dəyişəcək həyat dərsləri.
Budda Şakyamuni (və yaxud Siddxartxa) qədim Hindistanda buddizmin təsisçisi və ruhanisi olmuşdur. Onun tövsiyələri onun tərəfdaşları tərəfindən toplanılıb qələmə alınmışdılar.
Biz sizə bu məqalədə bu tövsiyələrə qulaq asmağı məsləhət görürük.
1. Azdan başlayın
«Küpə tədricən dolur, damla damla. Müdrik insanda tədricən yaxşılıq ilə dolur».
Ralf Uoldo Emerson belə deyirdi: «Hər bir usta nə vaxtsa həvəskar olub».
Biz hamımız azdan başlayırıq. Əgər siz səbrlisinizsə, uğura nail olacaqsınız. Azdan başlaya bilən, çalışqan olan insan xoşbəxt ola biləcək.
2. Düşüncələr materialdır.
«Biz özümüz haqqında düşündüklərimizin nəticəsiyik». Əgər insan mənfi tərzdə düşünürsə onu həyatda daim çətinliklər izləyir. Əgər insan yaxşı düşünürsə, onun həyatında daim yaxşı hadisələr baş verir.
3. Bağışlayın
«Nifrət bu dünyada heç vaxt nifrətin qarşısını ala bilməz. Yalnız sevgi ilə nifrətə son qoymaq olar. Bu qədim və əbədi bir qanundur».
Hər kəsi, özünüzü belə bağışlamağı öyrənin.
4. Sizin davranışlarınızın bir mahiyyəti var
«Əgər nə isə edirsənsə, bunu bütün ürəyinlə et».
Özünüzü inkişaf etdirmək üçün siz hər gün nə isə etməlisiniz.
5. Başa düşməyə çalışın
«Hər zaman hər kəsə yaxşılıqla cavab verin. Yalnız bu yolla dünyanı yaxşılaşdırmaq olar.
Ya yaxşılıqla cavab verin, ya da heç cavab verməyin. Əgər siz pisliyə pislik ilə cavab verirsinizsə, bu dünyada pislik çoxalır».
İkin olaraq başa düşməyə çalışın, sonra isə çalışın ki, sizi də başa düşsünlər. İnsanları dinləməyi öyrənin.
Haqlı olmağa deyil, xoşbəxt olmağa köklənin.