10 C
Baku
Monday, November 25, 2024

Buffet Ukrayna hadisələrindən danışdı

Berkshire Hathaway-in rəhbəri və Forbesə görə planetin ən varlı insanları siyahısında 4-cü pilləni tutan Warren Buffett Ukraynada baş verən hadisələrin onun investisiya strategiyasına necə təsir etdiyini şərh edib.

Baffet CNBC telekanalına verdiyi müsahibəsində Üçüncü dünya müharibəsinin baş vermə təhlükələrindən və Soyuq müharibəyə geri dönməyin onun fond bazarındakı strategiyasına necə təsir etdiyi barədə danışıb.

Berkshire Hathaway şirkətinin icraçı direktoru, milyarder Warren Buffett:

“Əgər mən Ukraynadakı vəziyyətin belə olacağını bilsəydim, elə səhm alardım. Pullara sərmayə yatırmaq mütləqdir. Bir cəhəti əminliklə bilmək lazımdır ki, böyük müharibə başlasa pullar öz dəyərini itirəcək. Bu hər bir böyük müharibədə baş verib. Buna görə də nağd olaraq böyük məbləği əldə saxlamaq müharibə dövründə heç də ən yaxşı investisiya qərarı deyil. Əgər imkanınız varsa ferma, daşınmaz əmlak alın və yaxud qiymətli kağızlara sərmayə yatırın. Mənim fikrimcə, gələcək 50 il ərzində ən yaxşı investisiyalar adi kağız parçaları və yaxud bitcoinlər deyil, istehsalat səhmləri olacaq”.

Son xəbərlər
Digər xəbərlər