9 C
Baku
Friday, December 13, 2024

Bugünkü depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, hərracda tələb 877,58 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.
970d82b4efebf8a30365625c01213d83

Son xəbərlər
Digər xəbərlər