2 C
Baku
Saturday, December 14, 2024

Bugünkü hərracda iki dövlət müəssisəsi özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib.

Komitədən verilən məlumata görə, budəfəki hərracda 2 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Qeyd edək ki, hərrac barədə elan bir ay öncə komitənin rəsmi internet səhifəsi, özəlləşdirmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında ətraflı məlumat almaq mümkündür. Keçirilən hərracların nəticələri tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

https://goo.gl/DfQWxE

Hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hamısı paytaxtda, əsasən Suraxanı, Yasamal, Binəqədi, Nizami, Nərimanov rayonlarında yerləşir. Regionlarda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinə Göygöl rayonunda yerləşən 21 saylı yanacaq doldurma məntəqəsi aiddir.

Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.

Xatırladaq ki, növbəti belə hərrac 14 mart tarixində keçiriləcək və keçiriləcək hərracla bağlı məlumatları aşağıdakı linkdən əldə etmək mümkündür:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1408

Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli “Çağrı Mərkəz”lərində almaq mümkündür.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər