5 may 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 30.8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da 2021-ci ilin 14 iyununundan (30.3 mln. dollar) bu tərəfə qeydə alınmış ən aşağı göstəricidir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.