10 C
Baku
Friday, December 13, 2024

Bugünkü valyuta hərracında nə baş verib?

Bu gün valyuta hərracına çıxarılan valyutanın 11 milyon 560 mini dolları satılmadı. Bank dairələrindən əldə etdiyi məlumata görə, hərracda satılan 23 milyon 440 min dollar nəticəsində məzənnə stabil olaraq 1.7025 AZN/USD səviyyəsində saxlanılıb.

Məlumata əsasən, bu valyuta hərracı son hərraclardan fərqli olaraq daha çox bankın iştirakı ilə fərqləndi. Belə ki, orta hesabla 1.70- AZN-dən yuxarı olan məbləğdə 20 sifariş qəbul olunub.

Sifarişlər arasında ən minimal kurs 1.7000 AZN-dən, ən maksimal isə 1.7032 AZN səviyyəsində olub. Lakin bu günki hərracda iri məbləğli sifarişlərin sayı çox olmayıb.

MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər