Azərbaycanın aşağı büdcəli aviaşirkəti «Buta Airways» Bakıdan İstanbula yeni reys açır.
Banker.az xəbər verir ki, aprelin 1-dən işə düşən yeniliyə əsasən, «Buta»nın təyyarələri Bakıdan İstanbula gündə 3 dəfə reys edəcəklər.
Uçuşlar:
Saat 7.45 çıxış – 9 35 (çatma), 12.35 – 14.25 və 21.50 – 23.40 saatlarında yerinə yetiriəcək. Təyyarələr İstanbulun Sabiha Gökçen hava limanına enəcəklər.
Yeni reyslərə ən ucuz başlanğıc qiymətlər gecə reysinədir (21.50-də çıxana). Bu reysdə Bakı-İstanbul bir tərəfə 75 AZN, iki tərəf isə 140 AZN-dir. Qiymətə bagaj və ya əl yükü daxil deyildir.
10kq baqaj bir istiqamətə 30 AZN, 23 kq baqaj isə 50 AZN-dir.
Bununla yanaşı, turizmi şirkətlərindən veilən məlumata görə, artıq bu istiqamətdə biletlərin əksəriyyəti alınıb. Xüsusilə gecə reyslərinə biletlər yalnız sentyabr-oktyabra qalıb. Gündüz reyslərinə isə ucuz biletlər satılıb və nisbətən baha qiymətlərə biletlər qalıb.