Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alınıb. Reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.
“Buta Airways”dən verilən məlumata görə, təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.
Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.
©APA-Economics