1 C
Baku
Saturday, December 14, 2024

“Buta” loukoster yayda Antalyaya uçuşları ləğv edib

“Buta” aşağı büdcəli aviaşirkət Türkiyənin populyar kurort şəhəri Antalyaya reysləri ləğv edib. Antalyaya son uçuş iyunun 3-də olacaq.

Antalyada dincəlmək istəyən Azərbaycan vətəndaşları AZAL-ın təyyarələrindən istifadə edəcəklər ki, bu da “Buta”da olduğundan xeyli bahadır.

Belə ki, loukosterin hər iki tərəfə standart bileti 320 manatdır, AZAL-da isə yay vaxtı Antalyaya ekonom-sinifdə biletin qiyməti 600-700 manat olur.

Şirkətdən məlumatı təsdiqləyiblər, ancaq bunun səbəbləri ilə bağlı açıqlama verməyiblər. Qeyd olunub ki, yayda “Buta”nın təyyarələri Türkiyənin digər kurort şəhərinə -Alanyaya uçacaq.

 

Son xəbərlər
Digər xəbərlər