Banker.az xəbər verir ki, dünya kriptovalyutalarının ümumi kapitalizasiyası 200 milyard dolları üstələyib.
Bununla belə, Bitcoin rəqəmsal valyutasının kapitalizasiyası 124 milyard dollar göstəricisinə addım atıb. Cənubi Koreyanın Bithumb birjasının məlumatlarına görə, 5 noyabr tarixində Bitcoin valyutasının məzənnəsi 7 500 dolları geridə qoyaraq yeni tarixi rekorda imza atıb.
Qeyd edək ki, Çikaqo ticarət birjasının sözügedən bu rəqəmsal valyutanı platformanın ticarət aktivləri siyahısına daxil edilməsi ilə bağlı qərarından sonra Bitcoin valyutasına olan tələbat artıb. Bununla belə, Çin hökumətinin yaxın zamanda kriptovalyuta ilə ticarətə icazə verməyə hazır olduğu barədə məlumat yayılıb.