25 C
Baku
Monday, April 29, 2024

Bütün sərvətini xeyriyyəyə sərf etmiş varlı şəxslər

Bu şəxslərin davranışları özlərinə qarşı hörmət doğurur. Həyatda bir çox şeyə nail olmaqla onlar öz sərvətlərinin quluna çevrilməmiş, sahib olduqlarını ehtiyacı olanlarla bölüşmək müdrikliyini nümayiş etdirmişlər.

Bəs bu şəxslər kimlərdir?

Vladislav Tetyukhin

Nəhəng metallurgiya şirkətinin  keçmiş sahibi

Vladislav Tetyukhin 80 yaşı olduqda bütün səhmlərini satmış və əldə etdiyi 3,3 milyard rubla “Nijni Taqil”-də tibbi mərkəz inşa etdirmişdir.  O gələcəkdə klinikanın əməkdaşları üçün mehmanxana, yeni evlər, tələbələr üçün yataqxana və s. bu kimi ictimai binalar inşa etdirməyi planlaşdırır.

Çak Fini

Duty Free yaradıcısı

Çak Fini-ni yəqin ki, bir çoxlarınız artıq yaxşı tanıyırsınız. Onun təsis etdiyi “The Atlantic Philanthropies” cəmiyyəti onun bütün xeyriyyə məqsədli planlarını həyata keçirir. Bəzi qiymətləndirmələrə əsasən, hazırda fondun artıq xeyriyyə məqsədilə sərf etdiyi məbləğ 6,2 milyard dollardan çoxdur.

Brian Burnie

İşə qəbul və tikinti sahəsində aid keçmiş biznes sahibi

Bu milyonerin ailəsində hər şey həyat yoldaşı xərçəng xəstəliyinə düçar olana qədər qaydasında idi. Bu uzun müddətdir xeyriyyəçiliklə məşğul olan milyonerin həlledici addım atmasına səbəb olur. O sərvətinin əhəmiyyətli hissəsini xüsusi tibbi maşınların yaradılmasına sərf edir. Bu maşınlar Şimali İngiltərənin kiçik kəndlərini gəzərək ehtiyacı olanlara yüksək texnologiyalı tibbi yardım göstərirdilər. Brian həkimlərin əmək haqqısını da özü ödəyirdi.

Onun həyat yoldaşı 1 il xərçənglə mübarizədən sonra sağalır. Brian Burnie çox sevincli halda əmlakının böyük bir hissəsini satır və əldə etdiyi məbləği xeyriyyə məqsədilə sərf edir. O bundan sonra kiçik mənzilə köçmüşdür və hazırda azacıq təqaüdlə yaşayır və ikinci əl avtomobildən istifadə edir.

Olaf Ton

Norveçli milyarder

Olaf Ton bütün sərvətini (təqribən 6 milyard dollar) tibbi araşdırmaların maliyyələşdirilməsinə xərcləməyi qərara almışdı. O bütün ömrü boyu qazandığı məbləği faydalı işə sərf etməyin lazım olduğunu düşünür. O demişdi: “Onsuz mən həmin pulları özüm ilə o biri dünyaya apara bilməyəcəm”.

Olaf evli olsa da, övladı yoxdur. Buna görə də, o bütün sərvətini xeyriyyə məqsədilə xərcləməyi qərara almışdı.

Tim Kuk

Apple şirkətinin CEO-su

Onun sərvəti 800 milyon dollar olaraq qiymətləndirilir. 54 yaşlı biznesmen qazandığı bütün vəsaitlərini xeyriyyə məqsədilə xərcləməyi planlaşdırır. O həmin məbləği məhz hansı xeyriyyə istiqamətləri üzrə xərcləyəcəyini aydınlaşdırmasa da, artıq bunu etməyə başladığını bildirmişdir.

Şəhzadə Al-Valid

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü

Şahzadə bu yaxınlarda elan etdiyinə əsasən, bütün sərvətini xeyriyyəyə həsr edəcək. O ilk növbədə qadınların hüquqlarının qorunması ilə məşğul olan təşkilatlara yardım edəcəyini, sağalmaz xəstəliklərin öyrənilməsini maliyyələşdirəcək, təbii fəlakətlərin qurbanı olanlara kömək əlini uzadacağını bildirmişdir.

O şəxsi Gates Foundation xeyriyyə fondunu yaratmış Bill Gates-i özünə ilham mənbəyi olaraq görür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər