Dünya iqtisadiyyatı 2016-cı ildə sabitləşəcək və 2011-ci ildən bu yana ən ciddi artımı nümayiş etdirəcək. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard öz çıxışı zamanı bildirmişdir. Laqard-ın qeyd etdiyinə əsasən, fond 2016-cı ildə 3,6% artım olacağını planlaşdırır.
O bildirmişdir ki, 3,6%-lik artım 2011-ci ildən bu yana ən sürətli artım olacaq və bu artım mövcud 3 amil ilə əlaqədardır. Bu amillər isə, ABŞ FES-nin pul-kredit siyasətinin normallaşması, Çinin yeni artım modelinə uyğunlaşması və 10 illik davam edən tsiklin dəyişməsi ilə əlaqədardır.
Laqard bildirmişdir ki, siyasətçilər və iqtisadçıların qarşılıqlı münasibət prosesində yaranmış yeni yanaşmalar 2015-ci ildə bu keçid dövrünü idarə etməyə kömək edəcək.
Onun sözlərinə görə, keçən il Brisbendə (Avstraliya) G20 zamanı səsləndirilmiş strategiya tədbirlərinin əksəriyyəti artıq həyata keçirilmişdir.