25 C
Baku
Friday, April 19, 2024

BVF 2020 və 2021-ci illərdə neft qiymətləri ilə bağlı proqnozunu dəyişdi

Beynəlxalq Valyuta Fondu (BVF) yeni koronavirus pandemiyası ilə əlaqədar olaraq, 2020 və 2021-ci illərdən neft qiymətləri ilə bağlı proqnozunu müvafiq olaraq 36,18 və 37,54 dollar səviyyəsinə qaldırıb.

Banker.az xəbər verir ki, bu barədə çərşənbə axşamı günü dərc edilmiş “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı bülletendə deyilir.

Xatırladaq ki, daha əvvəl BVF neft qiymətlərinin cari ildə 34,8, 2021-ci ildə isə 36,4 dollar səviyyəsində olacağını proqnozlaşdırmışdır. 2019-cu ilə gəldikdə, bir barel neftin qiyməti orta hesabla 61,39 dollar təşkil etmişdir.

Məruzə müəlliflərinin qeyd etdiyi kimi, “neft fyuçerslərinin əyriləri, qiymətlərin 46 dollara qədər yüksəldiyini göstərir ki, bu da 2019-cu ilin orta səviyyəsindən təxminən 25% aşağıdır”.

Ekspertlərin sözlərinə görə, “neft bazarındakı sabitlik investorların əhval-ruhiyyəsini qaldırmağa kömək edib”.

Son xəbərlər
Digər xəbərlər