13 C
Baku
Friday, November 22, 2024

BVF: İsveç kronu lazımi qədər qiymətləndirilməmiş valyutadır

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, İsveç kronu dünyanın lazımi qədər qiymətləndirilməmiş valyutasıdır.

Kronun avro və dollara münasibətdə zəif mövqeyi hazırda bir çox isveçlilərin xaricdəki tətillərini daha bahalı edir.

Üç il ərzində avro 12 faizdən çox bahalaşıb.

BVF-in məlumatına görə, kron 17 faiz daha az qiymətləndirilib. Əgər kron möhkəmlənərsə, məzənnəyə görə dollar təxminən 8,8 kron, avro isə 9.6 kron dəyərində olacaq (hazırda 1 dollar = 10.55 kron, 1 avro = 11.53 krondur, red. qeydi).

“Swedbank” kronun 6-12 ay ərzində möhkəmlənəcəyini proqnozlaşdırır. BVF həmçinin Sinqapur, Hindistan və Almaniyanı valyutaları aşağı qiymətə malik ölkələr kimi qeyd edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər