9 C
Baku
Friday, December 13, 2024

BVF İtaliyanın 2023-cü ildə iqtisadi tənəzzüllə üzləşəcəyini proqnozlaşdırıb

Avropanın aparıcı iqtisadiyyatlarından olan İtaliyada cari ildə iqtisadi artım 3.2 faiz təşkil edəcək. Gələn il isə İtaliya iqtisadiyyatının 0.2 faiz kiçilməsi gözlənilir.

Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.

Bildirilib ki, Avropada yaşanan enerji böhranı müvəqqəti deyil. Böyük iqtisadiyyatlarda daha çox ehtiyatlı davranmaq lazımdır, çünki ən pis ssenari hələ yaşanmayıb. İtaliya 2023-cü ildə iqtisadi tənəzzüllə üzləşəcək.

Qeyd edək ki, IMF cari il üzrə qlobal iqtisadi artım proqnozunu 3.2 faiz səviyyəsində saxlayıb, gələn ilə dair proqnozunu isə 2.9 faizdən 2.7 faizə endirib.

Avrozonada iqtisadi artımla bağlı proqnoz bu il üçün 2.6 faizdən 3.1 faizə yüksəldilib, 2023-cü il üzrə proqnoz 1.2 faizdən 0.5 faizə endirilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər