10 C
Baku
Thursday, December 12, 2024

BVF Mərkəzi Bankın valyuta ehtiyatları üzrə proqnozunu artırdı

Beynəlxalq Valyuta Fondu bu il Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının 6.3 mlrd. ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə Fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının aprel buraxılışında deyilir.

Bu gözlənti ötən (oktyabr ayı) proqnoz ilə müqayisədə dəyişməz olaraq qalıb. Fonda görə 2022-ci ildə isə AMB-in valyuta ehtiyatarı bir qədər artaraq 6.5 mlrd. dollar təşkil edəcək.

Xatırladaq ki, bu ilin yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6,37 mlrd. dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər