7 C
Baku
Sunday, December 15, 2024

BVF neftin qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal neft qiymətlərinin 2024-cü ildə 2,3%, 2025-ci ildə isə 4,8% azalacağını proqnozlaşdırır.

Bu barədə BVF-nin təşkilatın hesabatına istinadən xəbər verilir.

Hesabata əsasən, 2023-cü ildə neftin qiyməti 16% azaldıqdan sonra növbəti iki ildə müvafiq olaraq 2,3% və 4,8% azalacaq.

Belə ki, BVF 2024-cü ildə neftin orta qiymətinin bir barel üçün 79,1 dollar, 2025-ci ildə isə 75,31 dollar olacağını proqnozlaşdırır.

Hesabatda izah edildiyi kimi, dünya bazarında qiymət hesablanarkən Fond “Brent”, “Dubai Fateh” və WTI markalı neftlərinə olan qiymətinin orta dəyəri istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər