Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi (CCAMTAC) əvvəlcədən razılaşdırılmış şərtlərə əsasən bu gün işə başlayıb.
BVF-in məlumatına görə, üzv ölkələri üçün (Azərbaycan, Gürcüstan, Ermənistan Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan) yaradılan mərkəz Qazaxıstanın Almatı şəhərində qərarlaşanadək virtual şəkildə fəaliyyət göstərəcək.
Bundan əlavə, üzv ölkələrdən başqa İsveçrə, Koreya, Polşa və Asiya İnkişaf Bankı mərkəzi maliyyələşdirən ilk inkişaf tərəfdaşları oldu və bu yaxınlarda beşillik büdcəyə əlavə töhfələrini veriləcəyi gözlənilir.
Mərkəzin əsas məqsədlərindən biri bölgədə iqtisadi siyasət qurmaq və iqtisadi institutların inkişafını dəstəkləməkdir. Buraya makroiqtisadi analiz və statistika, fiskal və monetar siyasətin aparılması üzrə araşdırmalar, rəylər və s. daxildir.
Qeyd edək ki, mərkəzin əsas məqsədlərindən biri bölgədə iqtisadi siyasət qurmaq və iqtisadi institutların inkişafını dəstəkləməkdir. CCAMTAC hazırda 17 regional potensialın inkişaf mərkəzi olan BVF-nin qlobal şəbəkəsinə ən yeni əlavədir.
Xatırladaq ki, qurum Qazaxıstan Milli Bankının sədri Erbolat Dossayev və BVF-nin icraçı direktoru Kristalina Georgiyeva arasında 14 dekabr 2020-ci il tarixində Anlaşma Məktubunun imzalanmasından sonra CCAMTAC-ın ilk rəhbər komitəsinin iclası 28 yanvar tarixində mərkəzin 1 fevral işə başlayacağını təsdiqlədi.