13 C
Baku
Friday, November 22, 2024

BVF-nin rəhbəri süni intellektin inkişafı ilə əlaqədar iş yerlərinin itirilməsi riski barədə xəbərdarlıq edib

Süni intellektin (AI) inkişafı qlobal iqtisadi artıma müsbət təsir göstərə bilər, lakin dünyada iş yerlərinin itirilməsi və bərabərsizliyin artması riski var. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyevanın süni intellektin qlobal təsirinə həsr olunmuş məqaləsində deyilir.

“Biz məhsuldarlığı, qlobal iqtisadi artımı və bütün dünyada gəlirləri artırmaq potensialına malik olan texnoloji inqilabın astanasındayıq. Lakin bu, iş yerlərinin itirilməsinə və bərabərsizliyin artmasına da səbəb ola bilər. Süni intellekt potensialından istifadə etmək üçün düşünülmüş siyasət balansına ehtiyacımız var”, – deyə Kristalina Georgiyeva söyləyib.

BVF hesab edir ki, inkişaf etmiş iqtisadiyyatlar arasında süni intellektin təsirinə məruz qalan iş yerlərinin payı 60% təşkil edir. İnkişaf etməkdə olan iqtisadiyyatlar üçün bu rəqəm 40%, aşağı gəlirli ölkələrdə isə 26%-dir.

BVF rəhbəri süni intellektin inkişafı ilə bağlı təhdidlər arasında sosial gərginliyin mümkün artımını da göstərib. Bununla əlaqədar olaraq, xanım Georgiyeva bu texnologiyanın mənfi təsirinə məruz qalan işçilər üçün ölkələrdə xüsusi proqramların yaradılmasının zəruriliyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər