2 C
Baku
Sunday, December 15, 2024

BVF qlobal iqtisadiyyat üzrə proqnozunu azaldıb

Qlobal ÜDM-in bu il 5,9%, gələn il isə 4,9% artacağı gözlənilir.

Bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı çərşənbə axşamı dərc etdiyi oktyabr hesabatında yer alıb.

Fond 2021-ci il üçün dünya ÜDM proqnozunu bir qədər pisləşdirib (iyul proqnozları ilə müqayisədə 0,1 faiz bəndi), 2022-ci il üçün proqnozu dəyişməz saxlayıb. Sənəddə qeyd olunur ki, proqnozun pisləşdirilməsi qismən tədarük zəncirindəki fasilələr səbəbi ilə inkişaf etmiş iqtisadiyyatlar və aşağı gəlirli inkişaf etməkdə olan ölkələr üçün vəziyyətin pisləşməsini əks etdirir.

Eyni zamanda, BVF-nin proqnozuna görə, 2022-ci ildən sonra qlobal ÜDM-in artım tempi yavaşlayacaq və orta perspektivdə təxminən 3,3% təşkil edəcək.

Ümumiyyətlə, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin bir qədər pisləşməsinə baxmayaraq, BVF dünya iqtisadiyyatının dirçəlişdə olduğunu qeyd edir.

#

Son xəbərlər
Digər xəbərlər