ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni rüsumlar qlobal səviyyədə resesssiyaya səbəb olmayacaq.
Bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva çıxış edib.
“Biz dünya iqtisadiyyatı üçün dramatik nəticələr gözləmirik. Mümkündür ki, aşağıya doğru müəyyən korreksiya olsun. Üfüqdə resessiya görünmür. Bizi narahat edən ölkə iqtisadiyyatlarının əlavə şoklara necə davam gətirməsidir”, – deyə Georgiyeva bildirib.