“ByteDance” şirkətinin qurucusu Zhang Yiming 2021-ci ilin sonuna qədər istefa edəcək. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, o, idarə heyətinin sədri vəzifəsində qalacaq və şirkətin uzunmüddətli strategiyası, korporativ mədəniyyəti və sosial məsuliyyəti üzərində çalışacaq.
Çin texnologiya nəhənginin yeni direktoru Lyan Jubo olacaq. Xatırladaq ki, “ByteDance” şirkəti 2012-ci ildə qurulub. Qərargahı Pekində yerləşsə də, Kayman adalarında qeydiyyatdan keçib. Bu gün “ByteDance”ın dünyanın 126 şəhərində ofisi var.
“TikTok”dan başqa şirkət video mübadiləsi xidməti olan “Xigua”, o cümlədən xəbər aqreqatorları “Toutiao” və “BaBy”, “Halo” sosial şəbəkəsinə sahibdir.