5 C
Baku
Tuesday, January 31, 2023

Cənubi Koreya Sarı dənizdə genişmiqyaslı təlimlərə başlayıb

Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələri bu gün ordu, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsi, eləcə də Amerika hərbçiləri ilə birlikdə Sarı dənizdə genişmiqyaslı təlimə başlayıb.

Bu barədə “Yonhap News”a Hərbi Dəniz Qüvvələrindən bildirilib.

İllik Hoguk təlimlərinin bir hissəsi kimi keçirilən dörd günlük təlim oktyabrın 28-dək davam edəcək.

“Bu təlimlər hərbi qüvvələrin birləşmiş və birgə dəniz əməliyyat imkanlarının düşmən təxribatlarına qarşı təkmilləşdirilməsinə yönəldilib. Həmçinin təlimlər Şimali Koreyanın Şimal Sərhəd Xətti (NLL), de-fakto dəniz sərhədi yaxınlığındakı təxribatlarına cavab verməyə yönəldilib”, – Dəniz Qüvvələrindən bildirilib.

Təlimlərə Hərbi Hava Qüvvələrinin F-15K və F-16 döyüş təyyarələri ilə birlikdə “Aegis” esmines və freqatları da daxil olmaqla 20-dən çox döyüş gəmisinin səfərbər ediləcəyi əlavə edilib.

Təlimlərə ABŞ ordusunun “Apache” helikopterləri və Hərbi Hava Qüvvələrinə məxsus A-10 təyyarələri də qatılacaq.

Günün əvvəlində Cənubi Koreya ordusu NLL-i keçən Şimali Koreya gəmisinə xəbərdarlıq atəşi açdığını bildirib.

Şimali Koreya buna cavab olaraq sulara çoxlu raket atıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X