16 C
Baku
Thursday, April 25, 2024

Cənubi Koreyanın kriptobirjaları iflas astanasındadır

Hərracların həcmi baxımından Cənubi Koreyada kriptobirjaların cəmi beşi ilk yüzlükdədir, yerli platformaların qalan 97%-i isə iflas astanasındadır.

Banker.az bu haqda Business Korea portalına istinad edərək məlumat verir. Nəşrin verdiyi məlumata görə, bu problem ucbatından yerli startaplar tokenlərin listinqini xarici platformalarda aparmaq məcburiyyətində qalırlar.

Bu cür layihələrə blokçeyn-startapları “Binance Labs” akseleratoruna cəlb edən  “Binance” birjası böyük maraq göstərir. Digər ticarət platforması olan “BW.com”, “Ziktalk”, “Storichain”, “Payexpress” və “Sigma Chain” startapların altkoinləri ilə işləməyə başlayıb və avqust ayında Cənubi Koreya vonası ilə bir neçə cütlük əlavə etməyi planlaşdırır.

Business Korea-nın verdiyi məlumata görə, yerli investorlar fiat valyutalarla depozitlərin yerləşdirilməsi və çıxarılması zamanı bir sıra çətinliklərlə üzləşirlər. Sayı 200-dən çox olan kiçik birjalar isə rəsmiləşdirilmiş virtual hesab aça bilmirlər. 2017-ci ilin sonunda Cənubi Koreyanın payına bitkoin hərraclarının 20%-i düşüb. Son dövrlərdə vəziyyət köklü şəkildə dəyişib, çünki yerli istifadəçilərin rəqəmsal pula olan marağı azalmışdır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər