“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 19 sayli tikinti təmir idarəsi MMC ilə 46 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 45.739.887,62 AZN-dir.