13 C
Baku
Saturday, November 16, 2024

Cəbrayılda “Şəfəq” günəş elektrik stansiyası 2025-ci ilin sonunadək tikiləcək

Cəbrayıl rayonunda tikiləcək “Şəfəq” (Sunrise) günəş elektrik stansiyasının tikinti layihəsi 2025-ci ilin sonunadək həyata keçiriləcək.

Bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

Onun sözlərinə görə, 240 MVt gücündə olan elektrik stansiyasının tikintisi layihəsi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və BP ilə birlikdə həyata keçiriləcək.

Vitse-prezident onu da qeyd edib ki, “Şəfəq” stansiyasında istehsal olunan elektrik enerjisi ilə Səngəçal terminalı təmin ediləcək və nəticədə ildə 260-330 min ton miqdarında karbon dioksid (CO2) ekvivalentində emissiyasının azaldılmasına imkan yaradacaq.

Xatırladaq ki, ötün ilin sentyabrında SOCAR, BP və AİŞ arasında Qoşulma Sazişi imzalanıb. Bu sənəd SOCAR-ın və AİŞ-in “Şəfəq” layihəsinə daxil olmaq niyyətini əks etdirir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər