Azərbaycanda qiymətli kağızlar bazarı üzrə tanınmış mütəxəssis, maliyyə analitiki, “Kapital Mececment” investisiya şirkətinin Müşahidə Şurasının (MŞ) üzvü Cəfər İbrahimli işdən çıxıb.
Bu barədə mənbəyə onun özü məlumat verib.
C.İbrahimli bundan sonrakı fəaliyyəti barədə hələlik açıqlama verməyib: “İqtisadiyyatın müxtəlif sektorlarından iş təklifləri var, onları dəyərləndirib, birini seçəcəyəm”.
Qeyd edək ki, C.İbrahimli 13 il “Kapital Menecment”in rəhbərliyində təmsil olunub. O, təxminən 11 il investisiya şirkətinin direktoru olub. 2015-ci ildə Azərbaycanda “Qiymətli kağızlar haqqında” yeni qanun qüvvəyə mindikdən və bununla əlaqədar “Kapital Menecment” təşkilati-hüquqi formasını MMC-dən ASC-yə dəyişikdikdən sonra C.İbrahimli investisiya şirkətinin MŞ-na üzv seçilib.
Xatırladaq ki, “Kapital Menecment”i 2002-ci ildə hazırda ləğvetmə prosesində olan “Texnikabank” ASC “Texnika Kapital Memecment” adı ilə yaradıb. Onun nizamnamə kapitalı 380 min manatdır. Şirkət hazırda Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətindədir.