6 C
Baku
Monday, December 16, 2024

Cəlb edici Kayman adaları –offşor zonası kimi

Kayman adaları – Karib dənizində yerləşən və ümumi sahəsi cəmi 260 kvadrat kilometr olan üç quru torpaq sahəsindən ibarətdir. Bu offşor bölgəsində yalnız o kompaniyalar qeydiyyatdan keçə bilər ki, onların fəaliyyətləri ada sərhədlərindən xaricdə həyata keçirilsin. Belə bir firmanın açılışı üçün bir neçə sadə qaydaya riayət etmək lazımdır:

1. Bank, sığorta və investisiya sahəsində fəaliyyət göstərmək üçün lisenziyaya malik olmaq;
2. Ada ərazisində daşınmaz əmlak almaq qadağandır;
3. Yalnız qanunvericiliklə yol verilən sərhədlər daxilində ticarət etmək olar;
4. Əhalidən borc götürmək olmaz;
5. Sizə mütləq agent qismində adalarda rezident olan şəxs lazımdır, həmçinin ofisi də mütləq qeydiyyatdan keçirmək tələb olunur;
6. Korporativ müəssisə və ya fiziki şəxs qismində çıxış edən direktorun və ya ən azı bir səhmdarın mövcudluğu tələb olunur.

Hal-hazırda Kayman adalarının qanunvericiliyində direktorların ildə bir dəfə toplanmasını tələb edən maddə ləğv edilib. Direktorlar şurasının tərkibi barədə bütün informasiya dövlət reyestrinə ötürülür və bu informasiya məxfi saxlanılır. Sənədlərin bir nüsxəsi, həmçinin də pasport məlumatları reyestrdə saxlanılmır. Onlar kompaniyanın agentinin əlində olur.

Offşor kompaniyanın Kayman adalarında qeydiyyatdan keçirmək üçün 5 min dollar həcmində nizamnamə kapitalı tələb olunur. Onlar 5 min səhmə bölünür və müraciətçiyə təqdim olunur. Belə səhmlər bir neçə növdə ola bilər: nominal dəyərli və ya nominal dəyəri olmayan, adlı və adsız, səsvermə hüququ olan və olmayan, imtiyazlı və ödənilmə hüququ olanlar. Adalarda firmalar maliyyə və vergi uçotu aparmırlar, amma mühasibat uçotu tuturlar. İllik hesabatlar reyestrə ilin əvvəlində təqdim olunur. Mütləq ödənilməli olan rüsumlar, onların həcmi nizamnamə kapitalının miqdarından asılı olur.

Kayman adalarında offşor kompaniya yaratmağın əsas üstünlükləri bunlardır:

  • Hesabatlılıqla bağlı tələblərin yoxluğu,
  • Vergilərdən azad olmaq,
  • Konfedisiallıq (məxfilik),
  • Nominal servislərdən istifadə ( trast (etimadnamə) bəyannamələri, etibarnamə, imtina məktubu)
  • Dövlət tərəfindən dəstək,
  • Sürətli qeydiyyat prosesi,
  • Direktorlar və səhmdarların minimal sayı (onlar hüquqi şəxslər ola bilər)
  • Nizamnamə kapitalı ilə bağlı ciddi tələblər yoxdur.
Son xəbərlər
Digər xəbərlər