9 C
Baku
Sunday, November 17, 2024

“Cənub Qaz Dəhlizi” 2023-cü ildə $1.3 mlrd. xalis mənfəət əldə edib

Azərbaycan hökuməti ilə SOCAR-ın səhmdarı olduğu “Cənub Qaz Dəhlizi” QSC-nin ümumi gəliri 3.07 milyard dollar olub, bu isə 2022-ci ilin 2.65 milyard dollar göstəricisindən 414.07 milyon dollar və ya 15.64% artım deməkdir.

Banker.az xəbər verir ki, QSC 31 dekabr 2023-cü il tarixinə maliyyə hesabatını açıqlayıb.

“Cənub Qaz Dəhlizi”nin hesabat ilində satışlarının maya dəyəri 621.45 milyon dollar olmaqla 2022-ci ildə 344.92 milyon dolları 276.53 milyon dollar və ya 80.19% üstələyib.

Beləliklə, əməliyyat şirkətinin 2022-ci ildə 2.30 milyard dollarlıq ümumi mənfəəti 2023-cü ildə 2.45 milyard dollar olub. Bu, 149.11 milyon dollar və ya 6.48% artım deməkdir.

Şirkətin əməliyyat xərclərində ümumi və inzibati xərcləri 2023-cü ildə illik 59.25 milyon dollar və ya 19.35% artaraq 365.51 milyon dollar, nəqliyyat tarifləri 2023-cü ildə 16.84 milyon dollar və ya 13.27% artımla 110.13 milyon dollar, digər gəlirləri isə 2023-cü ildə 22.67 milyon dollar və ya 41.26% artımla 77.61 milyon dollar olub.

Bununla da, şirkətin əməliyyat mənfəəti 2022-ci ildə 1.92 milyard dollar olduğu halda, 2023-cü ildə 2.01 milyard dollar olub. Bu da illik 4.45% artımdır.

“Cənub Qaz Dəhlizi” bütün gəlirləri və xərcləri fərqindən sonra hesabat müddətində 1.28 milyard dollar və ya 2.15 manat xalis mənfəət əldə edib. Şirkət 2022-ci ildə isə 1.61 milyard dollar xalis mənfəət əldə etmişdi. Bu da 330.94 milyon dollar və ya 20.56% azalmadır.

Bununla da, şirkətin bölüşdürülməmiş mənfəəti 1 milyard 713.49 milyon dollar olub.

Azərbaycan qazının xaricə nəqlini həyata keçirən “Cənub Qaz Dəhlizi” Azərbaycan Prezidentinin imzaladığı 25 fevral 2014-cü il tarixli sərəncamı ilə Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılmışdır.

CQD Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

234324324234

Son xəbərlər
Digər xəbərlər