Şirkət maliyyə hesabatını açıqlayıb
“Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) cəmi aktivləri bu il yanvarın 1-nə 11 087,769 mln. ABŞ dolları təşkil edib.
Şirkətin maliyyə hesabatına istinadən , bu, ötən il yanvarın 1-i ilə müqayisədə 34,8% çoxdur.
2017-ci ildə CQD-nin uzunmüddətli aktivləri 40,1% artaraq 10 896,9 mln. dollar, cari aktivləri isə 57,7% azalaraq 190,869 mln. dollar olub.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 47,05% artaraq 7 767,131 mln. dollar, o cümlədən uzunmüddətli öhdəlikləri 61,1% artaraq 7 320,932 mln. dollar, cari öhdəlikləri isə 39,5% azalaraq 446,199 mln. dollar, cəmi kapitalı isə 12,75% artaraq 3 320,638 mln. dollar, o cümlədən nizamnamə kapitalı 38,8% artaraq 2 415,8 mln. dollar təşkil edib.