18 C
Baku
Thursday, April 18, 2024

Cənub-Şərqi Asiya ölkələrindən Azərbaycana turist səfərləri təmin ediləcək

Azərbaycan tezliklə Cənub-Şərqi Asiya ölkələrindən turistlərin ölkəyə gəlməsini təmin edəcək.

Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Baç icraçı direktoru Florian Zenqstşmid bildirib.

“Bu regiondan olan insanlar turizm sahəsində daha aktivdirlər və bu istiqamətdə iş aparılır. Həmçinin ötən həftə bizim nümayəndə heyəti Yaponiyada oldu. Biz bu istiqamətdə işləri davam etdiririk. Bu il agentliyin dəstəyi ilə Səudiyyə Ərəbistanı ilə 6 müxtəlif səviyyəli uçuşlar həyata keçirmişik. Bu isə mövsümün aşağı dövründə turist cəlb etməyə imkan verib”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər