Cənubi Afrika Respublikasının Ehtiyat Bankı (mərkəzi bank) uçot faiz dərəcəsinin artım tempini gözlənilmədən zəiflədib.
Banker.az xəbər verir ki, Mərkəzi Bank uçot faiz dərəcəsini 7.00%-dən 7.25%-ə qaldırıb ki, bu da iqtisadçıların konsensus proqnozu olan 7.50%-dən aşağıdır.
CAR-ın mərkəzi bankı faiz artımına inflyasiya ilə mübarizə adı altında 2021-ci ilin sentyabrdan başlayıb. Həmin dövrdə uçot faiz dərəcəsi cəmi 3.50% idi və beləliklə 375 baza bəndi indiyə qədər faizləri artırıb.
7.25%-lik uçot faiz dərəcəsi 2009-cu ilin avqustundan bu tərəfə maksimum göstəricidir.
Xatırladaq ki, CAR-da hazırda inflyasiya 2022-ci ilin dekabrında 7.2% təşkil edib.