6 C
Baku
Sunday, December 15, 2024

Cənubi Amerikada böyük qaz ehtiyatları aşkarlanıb

Boliviyada potensial olaraq gündə 3 milyon kubmetrə qədər qaz istehsal edə bilən yeni Marqarita-Uakaya yatağı aşkar edilib.

Banker.az xəbər verir ki, bu barədə ölkənin prezidenti Luis Arse öz “Twitter” səhifəsində yazıb.

“YPFB” neft-qaz şirkəti “Marqarita 10” quyusunun ölkədə ən böyük qaz hasil edən yataq olacağını söyləyib. Hesablamalara görə, “Marqarita 10” büdcəyə ildə 260 milyon dollardan çox gəlir gətirəcək.

Arse yazır ki, yataqda kəşfiyyat işləri 2021-ci ildə başlayıb və indi nəticə verib.

Marqarita-Uakayada kəşfiyyat işlərinə hələ 2016-cı ildə başlanılıb və yeni “Uakaya-2” ehtiyatları aşkarlanıb. Bu yataq xarici və daxili bazar üçün gündə əlavə 3 milyon kubmetr qaz hasil edir.

Son xəbərlər
Digər xəbərlər